6 C
Baku
15 Yanvar 2025, 6:03
Baş xəbərTexnologiya

İzmir-İstanbul-Bakı Meqa Texnologiya Dəhlizinin açılışı oldu

“İnnovasiyalar Mərkəzi” İzmir-İstanbul-Bakı Meqa Texnologiya Dəhlizinin açılış mərasimində təmsil olunub.

Bugun.tv-yə daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov Bilişim Vadisi – Kocaeli kampusunun davamı olan, Azərbaycan və Türkiyə arasında Meqa Texnologiya Dəhlizini formalaşdıracaq İzmir-İstanbul-Bakı kampuslarının açılış mərasimində iştirak edib.

Mərasimin açılışında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu çıxış ediblər.

Diqqətə çatdırılıb ki, başlanğıc nöqtəsi Türkiyənin ilk elektromobili olan TOGG-un və çox sayda uğurlu texnologiya şirkətinin tədqiqat və inkişaf mərkəzinin yerləşdiyi “Bilişim Vadisi – Kocaeli” kampusu olan Meqa Texnologiya Dəhlizinin Bakı şəhərinə qədər uzanması ölkələrimiz arasında texnoloji və iqtisadi əlaqələri inkişaf etdirəcək və qarşılıqlı təcrübə mübadiləsini gücləndirməklə yeni texnologiyaların, məhsulların və xidmətlərin istehsalına töhfə verəcək.

Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyinə bağlı tək texnoparkı olan Bilişim Vadisi digərləri ilə müqayisədə Türkiyənin ən böyük texnoparkı olaraq qəbul olunur.

Qeyd olunub ki, Bakıda yaradılan Bilişim Vadisi ilə “İnnovasiyalar Mərkəzi” arasında imzalanacaq müqavilələr və görüləcək işlər Türkiyənin müdafiə sənayesi sahəsində əldə edilən uğurların iki qardaş ölkənin mülki texnologiyalar sahəsində də tətbiqi ilə mövcud geosiyasi üstünlüklərini geotexnoloji cəhətdən gücləndirəcək.

Xatırladaq ki, Bilişim Vadisi İzmir kampusunun 2022-ci ilin mart ayında əsası qoyulub.

Aynur Camal

Oxşar xəbərlər

Dağdan qopan daş evə dəydi

Aynur Camal

Payızda ürəyimizə necə qulluq edək?

Aynur Camal

ABŞ seçkilərinə 1 həftə qaldı: 51 milyon erkən səs verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu