Image default
Siyasət

J.Əhmədova:”Litva Xarici İşlər Nazirliyinin qərəzli bəyanatını qəbul etmirik”

“Litva Xarici İşlər Nazirliyinin Azərbaycan-Litva arasında uzun illərə söykənən dostluq və əməkdaşlıq münasibətlərinə kölgə salan belə bir bəyanatla çıxış etməsinə təəssüf edirəm.
Litvaya xatırlatmaq lazımdır ki, Ermənistanın azərbaycanlılara qarşı mina terroru hələ də davam edir və ermənilərin Laçın dəhlizindən istifadə etməklə Azərbaycan tərəfinə daşıyaraq basdırdıqları minalar hələ də canlar almaqdadır! Və ən əsası isə hərbiçilərimizlə yanaşı, mülki şəxslərimiz də erməni minalarının qurbanlarıdır!
Litva belə bir bəyanat verməkdənsə və Ermənistanı Laçın yolundan qanunsuz hərbi və iqtisadi fəaliyyətlər üçün istifadəni dayandırmağa çağırmış olsaydı regionda sülhün yaradılması prosesinə daha yaxşı kömək edə bilərdi.
Litva Xarici İşlər Nazirliyinin qərəzli və reallıqdan çox uzaq olan bəyanatını qəti şəkildə pisləyir və qəbul etmirik”.

Bugun.tv xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Jalə Əhmədova öz facebook səhifəsində qeyd edib.

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: İran ABŞ ilə yenidən danışıqlara başlamağa çalışır

Aynur Camal

Məhəmməd Əsədullazadə: Moskva yenidən ABŞ-dan vasitəçilik istəyir

Aynur Camal

Deputat: Azərbaycan–Almaniya Biznes Şurası investisiya və məşğulluq imkanlarını genişləndirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu