11 C
Baku
13 Mart 2025, 23:09
Baş xəbərSosial

30 nəfərlik Özbəkistan QHT-lərindən ibarət nümayəndə heyəti Füzulidə

Füzuli şəhərində ilk dəfə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.

Bugun.tv xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə 100-ə yaxın Azərbaycandan olan QHT nümayəndəsi, eləcə də Füzuli şəhərində ilk dəfə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə 100-ə yaxın Azərbaycandan olan QHT nümayəndəsi, eləcə də 30 nəfərlik Özbəkistan QHT-lərindən ibarət nümayəndə heyəti iştirak edib. Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayevin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti QHT sədrləri, media təmsilçiləri ilə yanaşı, Özbəkistanın aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə təmsil olunublar.

Bu haqda saytımıza Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin Sədri Gunel Gozelova məlumat verib: ”Tədbir özlüyündə mükəmməl, çox səmimi mühitdə keçdi. İki ölkəni təmsil edən QHT nümayəndələri həm təcrübələrini bölüşdülər, həm də Azərbaycan musiqisinin sədaları altında qardaşlıq-doğmalıq nümayiş etdirdilər”.

Bir Vətəndaş Cəmiyyəti təmsilçisi, uzun illərin telejurnalisti olaraq Günel Gözəlova Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi Forumu çox müsbət qiymətləndirib və bu cür, xüsusən əməkdaşlığın, eləcə də peşəkarlığın inkişafına hesablanmış tədbirlərin davamlı olmasını dilədiyini bildirib.

Bugün TV

Oxşar xəbərlər

Mətbuat Şuramızın – 20 ili tamam olur

Aynur Camal

Gürcüstan parlamenti mühasirəyə alınıb

Nigar Məmmədova

Bakıda bələdiyyə binası yanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu