27 C
Baku
10 İyun 2025, 11:59
Baş xəbərDünya

Jurnalistlər onu “soyqırım tərəfdarı” adlandıraraq etiraz etdilər

ABŞ dövlət katibi Antoni Blinken vəzifədə son çıxışını edərkən zalda olan bəzi müxbirlər onu “soyqırım tərəfdarı” adlandıraraq etiraz ediblər və bir jurnalist polis tərəfindən zorla zaldan çıxarılıb.

ABŞ dövlət katibi Blinken nazirlikdə keçirdiyi mətbuat konfransında Qəzza ilə bağlı danışarkən bəzi jurnalistlərin reaksiyası ilə üzləşib.

Amerikalı jurnalist Maks Blumental Blinkenin çıxışını yarımçıq kəsərək, “Qəzzada 300 jurnalist sənin bombaların hədəfi olub. May ayında razılaşmamız var idi, bunu hamımız bilirdik. Toni, sən bomba axınına mane olmadın. Niyə sən bir müharibəni qurban verdin? Sionizmə bağlılığınız üçün qaydalara əsaslanan nizam?” -deyə səsləndi.

Zabitlər tərəfindən zaldan çıxarılması tələb edilən Blumental etirazını davam etdirərək, “Niyə dostlarımın qətlə yetirilməsinə icazə verdiniz? Halbuki may ayında atəşkəs razılaşması var idi. Dinimizin məhv edilməsinə dəstək verdiniz. yəhudiliyi faşizmlə əlaqələndirərək bu soyqırımın baş verməsinə necə icazə verdiniz? deyib.

Çıxışına davam edən Blinken ABŞ-ın Qəzzadakı soyqırımı dəstəkləməsinə başqa bir jurnalist tərəfindən etiraz edilib.

Sem Hüseyni adlı amerikalı jurnalist etirazından sonra polis tərəfindən zorla zaldan çıxarılıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Saxlanılan avtomobildə 1 kilo 800 qram kokain ələ keçirildi

Teymur Əziz

“Sarı gəlinin sorağında” sənədli filminin çəkilişləri yekunlaşıb – FOTO

Kəmalə Sultan

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının keçiriləcəyi tarix məlum oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu