Baş xəbərSiyasət

Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işləri üçün maliyyə vəsaiti ayrılması haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzaladı.

Bugun.tv xəbər verir ki, Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işləri üçün maliyyə vəsaiti ayrılması haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.

Sərəncamda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə 80,0 (səksən) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 avqust 2023-cü il

Kəmalə Sultan

Oxşar xəbərlər

Kimya fabrikində yanğın olub

Bugün TV

Beşmərtəbli bina çökdü

Teymur Əziz

Təbii qaz kəməri işləri zamanı 8 mumiya tapıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu