Sosial

“Kəndlərmizdə qazlaşdırma istiqamətində praktiki tədbirlər görüləcək”

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov və “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Azər Məmmədov ilə görüşünü öz sosial media hesabında paylaşıb.

Deputat bildirib ki, görüşdə Neftçala rayonunun Qaravəlli və Yeni Qışlaq kəndlərinin qazlaşdırılması ilə bağlı millət vəkilinin müraciəti müzakirə olunub, burada mövcud olan problemlər diqqətə çatdırılıb. Qeyd edilmişdir ki, sözügedən yaşayış məntəqələrində qaz təminatının olmaması əhalinin gündəlik həyatına mənfi təsir göstərir və bu sahədə yaranan çətinliklərin aradan qaldırılması sosial baxımdan mühüm əhəmiyyət kəsb edir.

Tənzilə Rüstəmxanlı ümumilikdə Neftçala rayonunda qazlaşdırma ilə bağlı mövcud vəziyyəti diqqətə gətirərək, qarşıda duran problemlərin operativ həlli üçün zəruri addımların atılmasının vacibliyini vurğuladığını deyib. Görüşdə SOCAR rəhbərliyi və “Azəriqaz” İstehsalat Birliyinin məsulları məsələnin diqqətdə saxlanılacağını, Qarabəlli və Yeni Qışlaq kəndlərinin qazlaşdırılması istiqamətində praktiki tədbirlərin görüləcəyini bildirmişlər.

Nəticə etibarilə, Neftçala rayonunda qazlaşdırma ilə bağlı mövcud çətinliklərin mərhələli şəkildə aradan qaldırılması, kəndlərin qaz təminatının təmin edilməsi istiqamətində müvafiq müzakirələrin aparıldığı və prosesin dövlət qurumları səviyyəsində izləniləcəyi təsdiqlənib.

Aynur Camal

Oxşar xəbərlər

Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib

Aynur Camal

45-in hesabatı: Həyat, dostluq və xatirələr

Aynur Camal

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi əlilliyi olan şəxslərin təşkilatlarının nümayəndələri ilə görüşdü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu