Image default
Baş xəbərDünya

Kabildə sabiq deputat naməlum şəxslər tərəfindən öldürülüb

Xarici Xəbərlər

 Məqsədli sui-qəsdlər və müəmmalı qətllər bütün Əfqanıstanda görünməmiş şəkildə artıb. Belə ki, keçmiş respublika rejimi dövründə millət vəkili olmuş Mürsəl Nəbizadə Kabildə naməlum şəxslər tərəfindən öldürülüb. Nəbizadə yanvarın 15-i şənbə günü gecə Kabil şəhərinin 12-ci PD-nin Arzan Qimat məhəlləsindəki evində güllələnib.

 Talibanın Kabil polisinin sözçüsü Xalid Zadran keçmiş Əfqanıstan parlamentindəki qadın nümayəndəsinin ölümünü təsdiqləyərək, ilkin araşdırmalara başlanıldığını bildirib.

 Naməlum silahlı şəxslərin keçmiş deputatın evinə təşkil etdiyi hücumda Mürsəl Nəbizadənin qardaşı da ağır yaralanıb.

 Ən Son xəbərə görə isə, dünən Pərvan vilayətinin mərkəzində bir nəfər də öldürülüb.

Mənbə: 8am.media

Aynur Camal

Oxşar xəbərlər

İranın yeni Ali Rəhbərinin görünməməsi İslam Respublikasının yükünə çevrilir

Aynur Camal

Tramp Ukraynaya Patriot raket istehsalını vəd etdi: Ekspertlər 12 aylıq gecikmə barədə xəbərdarlıq edir

Aynur Camal

Hormuz boğazında tanker trafiqi azaldı: ABŞ və İran arasında toqquşmalardan sonra gərginlik artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu