DünyaSiyasət

Zelenski Kanadadan “Leopard 2” tankları almağı planlaşdırır

Ukrayna prezidenti Vladimir Zelenski Kanadanın Baş naziri Castin Trüdodan Kiyevə “Leopard 2” tankları istəməyi planlaşdırır.

Bugun.tv xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “The Globe and Mail” qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, tankların verilməsi üçün Almaniya ilə texnikanın təkrar ixrac edilməsi məsələsi həll edilməlidir və zirehli texnikanın ötürülməsində ilk addımı Almaniya atmalıdır, çünki onlar texnologiyanın sahibidirlər.

Podolyak həmçinin ümid etdiyini bildirib ki, Almaniya kansleri Olaf Şolts tezliklə tankların tədarükü üçün lazımi icazəni verəcək.

Məlumatda o da əlavə olunub ki, Polşa və Finlandiya artıq Ukraynaya bir sıra belə tanklar göndərməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, 2007-ci ildə Kanada Almaniyadan 82 ədəd “Leopard 2” tankı alıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Dmitri Peskov: “Baydenin yenidən seçilməsi Rusiyanı deyil, amerikalıları narahat edir”

Nigar Məmmədova

Almaniya Ukraynaya MiQ-29 təyyarələrinin çatdırılması üçün Polşaya razılıq verdi

Nigar Məmmədova

İsrailin döyüş kabinetində böhran: Netanyahu və Gallant danışmır ​

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu