19 C
Baku
8 Sentyabr 2024, 3:48
Siyasət

Kadırovun böyük oğlu ordenlə təltif edildi, nazir təyin edilib

Bugun.tv xəbər verir ki, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun böyük oğlu Axmat Kadırov, Kadırov ordeni ilə təltif edilib. Bu barədə Dövlət Dumasının deputatı Adam Delimxanov Telegram kanalında məlumat verib.

Delimxanovun sözlərinə görə, Axmat ən mürəkkəb xarakterli problemləri həll etməyə qadir olduğunu sübut edib. Bundan əlavə, Chechnya today portalının yazdığına görə, Axmat Kadırov Çeçenistanın gənclərlə iş üzrə naziri təyin edilib.

“Əlbəttə, mənim əziz qardaşım oğlu bütün işlərində əla nəticələr göstərən əfsanəvi babasının layiqli varisidir”, – deyə Dəlimxanov bloqunda yazıb.

Bundan əvvəl, fevralın 1-də məlum olmuşdu ki, Çeçenistan rəhbərinin qızı Xədizat Kadırova administrasiya rəhbərinin sosial blokla qarşılıqlı əlaqə üzrə birinci müavini vəzifəsinə təyin edilib.

Aynur Camal

Oxşar xəbərlər

Texasda yük maşınında 46 ölü miqrant tapıldı

Bugün TV

Ə.Əlibəyli: “Rusiya cəbhəni genişləndirmək siyasətini davam etdirir” – Şərh

Kəmalə Sultan

Ərdoğan: “Hər iki tərəflə apardığımız danışıqların sonunda sazişin müddətinin uzadılmasına nail olduq”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu