25 C
Baku
27 İyul 2024, 4:10
Dünya

Kadırovun xəstəlik iddiaları

Çeçenistan lideri Ramazan Kadırovun xəstəlik iddiaları yenidən gündəmə gəlib. Daha doğrusu, Kadırovun sağalmasına imkan olmadığı və ölümündən sonra nələrin baş verəcəyi müzakirə olunmağa başladı. Rusiya prezidenti Vladimir Putinin sağ əli kimi tanınan Çeçenistan lideri Ramazan Kadırovun səhhətinin pis olduğu iddiaları yenidən yayılıb. İddiaların başlanğıc nöqtəsi Almaniya Xəbər Agentliyi (DPA) olsa da, Rusiya Kadırovun sağalmaz xəstəliyi ilə sarsılır.

İddialara görə, Kadırov sağalmaz mədəaltı vəzi xəstəliyi ilə mübarizə aparır. Bir neçə ay əvvəl oxşar xəbərləri təkzib edən səlahiyyətlilər bu dəfə açıqlama verməyiblər.

Rusiyadan kənarda nəşr edən “Novaya qazeta Europe” yazıb ki, 47 yaşlı Ramazan Kadırovun səhhətində sağalmağa ümid yoxdur və Çeçenistan liderinin ölümündən sonra Moskva indi Çeçenistanın sabitliyini necə qoruyacağına qərar verməlidir.

Nobel Sülh Mükafatı laureatı Dmitri Muratovun təsis etdiyi qəzetin xəbərlərində Kadırova yaxın mənbələrə, eləcə də Rusiya Prezident Xəstəxanasının həkimlərinə istinad edilib.

Digər tərəfdən, bu yaxınlarda Kadırovun Telegram kanalında onun Çeçenistanın paytaxtı Qroznıda regional hökumətin iclasında iştirak etdiyini əks etdirən video yayımlanıb.

Kadırovun stolun qarşısında demək olar ki, hərəkətsiz oturduğu və yalnız yavaş-yavaş və aşkar çətinliklə danışdığı görüldü.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Yaponiyanın baş naziri Ukraynaya səfər edib

Nigar Məmmədova

İsraildə koronavirusun yeni dalğası başlayıb

Aynur Əfəndi Zadə

Aleksandr Lukaşenko: “Zelenski Ukraynanın NATO-ya üzv qəbul olunmasında israr edəcək”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu