17 C
Baku
27 Oktyabr 2025, 2:54
DünyaSiyasət

Kağız fabrikində yanğın: 8 nəfər ölüb, 26 nəfər yaralanıb

Tailandın Saraburi əyalətinin sənaye zonasında kağız fabrikində yanğın baş verib, 8 nəfər ölüb, 26 nəfər yaralanıb.

Fabrikdə 100-ə yaxın personalın çalışdığı və yanğının birinci mərtəbədəki kağız xammal anbarında baş verdiyi bildirilib.

Hadisə yerinə sövq edilən yanğınsöndürmə qruplarının müdaxiləsi ilə yanğın təxminən 24 saat ərzində nəzarətə götürülüb.

Yanğın nəticəsində 3 korpusdan ibarət fabrikin böyük hissəsi yararsız hala düşüb.

İtkin düşdüyü bildirilən 2 nəfərin tapılması istiqamətində axtarışların davam etdirildiyi bildirilib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

ABŞ Uzaq Şərqdə hərbi qaçış riski ilə üzləşə bilər – Rusiyanın Şimali Koreyadakı səfiri

Bugün TV

Vyetnamda tayfun ölümlərə səbəb oldu

Aynur Camal

Almaniya da qadınları orduya cəlb edəcək

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu