Bugun.tv xəbər verir ki, Fevralın 6-da baş verən zəlzələlərin episentri Kahramanmaraşın Afşin rayonunda böyük ziyan görən binada sıxışan pişiyi jandarma qrupları xilas edib.
TRT Haber-in məlumatına görə, Afşinbey küçəsində ağır ziyan dəymiş 7 mərtəbəli yaşayış binasından pişik səsini eşidən vətəndaşlar vəziyyəti jandarma qruplarına xəbər verib. Yanğınsöndürmə və jandarma qrupları tərəfindən binaya baxış zamanı pişiyin 7-ci mərtəbədə sıxılmış vəziyyətdə qalması müəyyən edilib. Yanğınsöndürən nərdivanı ilə mənzilin eyvanına çıxan qruplar pişiyi olduğu yerdən götürüblər. Uzun müddət ac olduğu görünən pişiyə aparıldığı Rayon Jandarma Komandanlığında su və yemək verilib. Bu arada pişiyin sahibinə qaytarılacağı öyrənilib.
Müxbir: İntizar Əmirova