4 C
Baku
14 Dekabr 2025, 19:13
Baş xəbərHadisə

Kahramanmaraşda ağır ziyan dəymiş binada sıxışan pişiyi jandarma xilas etdi

Bugun.tv xəbər verir ki, Fevralın 6-da baş verən zəlzələlərin episentri Kahramanmaraşın Afşin rayonunda böyük ziyan görən binada sıxışan pişiyi jandarma qrupları xilas edib.

TRT Haber-in məlumatına görə, Afşinbey küçəsində ağır ziyan dəymiş 7 mərtəbəli yaşayış binasından pişik səsini eşidən vətəndaşlar vəziyyəti jandarma qruplarına xəbər verib. Yanğınsöndürmə və jandarma qrupları tərəfindən binaya baxış zamanı pişiyin 7-ci mərtəbədə sıxılmış vəziyyətdə qalması müəyyən edilib. Yanğınsöndürən nərdivanı ilə mənzilin eyvanına çıxan qruplar pişiyi olduğu yerdən götürüblər. Uzun müddət ac olduğu görünən pişiyə aparıldığı Rayon Jandarma Komandanlığında su və yemək verilib. Bu arada pişiyin sahibinə qaytarılacağı öyrənilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Moskvada terror aktının qarşısı alınıb: Sinaqoq və metro hədəf olub

Aynur Camal

Azərbaycan və Rumıniya prezidentlərinin təkbətək görüşü olub -VİDEO

Bugün TV

Yol qəzası: 4 uşaq yaralandı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu