36 C
Baku
20 İyul 2025, 16:19
Baş xəbərHadisə

Kahramanmaraşda ağır ziyan dəymiş binada sıxışan pişiyi jandarma xilas etdi

Bugun.tv xəbər verir ki, Fevralın 6-da baş verən zəlzələlərin episentri Kahramanmaraşın Afşin rayonunda böyük ziyan görən binada sıxışan pişiyi jandarma qrupları xilas edib.

TRT Haber-in məlumatına görə, Afşinbey küçəsində ağır ziyan dəymiş 7 mərtəbəli yaşayış binasından pişik səsini eşidən vətəndaşlar vəziyyəti jandarma qruplarına xəbər verib. Yanğınsöndürmə və jandarma qrupları tərəfindən binaya baxış zamanı pişiyin 7-ci mərtəbədə sıxılmış vəziyyətdə qalması müəyyən edilib. Yanğınsöndürən nərdivanı ilə mənzilin eyvanına çıxan qruplar pişiyi olduğu yerdən götürüblər. Uzun müddət ac olduğu görünən pişiyə aparıldığı Rayon Jandarma Komandanlığında su və yemək verilib. Bu arada pişiyin sahibinə qaytarılacağı öyrənilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

İsrailin raket hücumu nəticəsində iki suriyalı hərbçi yaralandı

Nigar Məmmədova

Cənubi Koreya: Şimali Koreya ölkələr arasında yolları partlatmağa hazırlaşır

Aynur Camal

Qaiser Navab Prezident İlham Əliyevi Pakistanda rəsmi səfərdə qarşıladı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu