15 C
Baku
29 Mart 2024, 15:47
Baş xəbərSiyasət

“Kamal Kılıçdaroğlunun bu addımları qəbuledilən deyil” – POLİTOLOQ ŞƏRH ETDİ

“Kamal Kılıçdaroğlunun məlum açıqlaması əlbəttə ki, böyük təəəssüf doğurur. Hamıya bəllidir ki, “Millət İttifaqı” adı altında daha çox CHP-nin patronajlığı ilə Türkiyə üçün yaxşı olmayan gələcək vəd edilir. Bütövlükdə K.Kılıçdaroğlunu və “Millət İttifaqı”nı dəstəkləyən qüvvələrdən biri həm də Türkiyənin Güney doğusundakı separatçı-bölücü və kürdlərə yaxınlığı ilə seçilən HDP-dir. Təbii ki, HDP-nin dəstəyini qazanan K.Kılıçdaroğlunun türk dünyasını birləşdirən faktordan imtina etməsi və Rəcəb Tayyib Ərdoğanın uzun illərdir ki, türk birliyi naminə yürütdüyü siyasətə sırf alternativ olsun deyə, orta dəhlizlə bağlı həyata keçirdiyi layihələrdə Azərbaycana yer verməməsi utancvericidir”.
Bu fikri Bugun.tv-yə özəl açıqlamasında politoloq Tural İsmayılov bildirib.
“Hesab edirəm ki, Türkiyənin siyasəti baxımından K.Kılıçdaroğlunun bu addımları qəbuledilən deyil. Türk xalqı onun Azərbaycansız layihələri nəzərdə tutmağına böyük etirazlarını bildirir. Mənim fikrimcə, bu gün K.Kılıçdaroğlu öz mahiyyətinə uyğun olaraq və reallıqdan uzaq, daha çox marginal qrupların maraqlarını ehtiva edən siyasət həyata keçirir və buna uyğun açıqlamalar verir. Ona görə də, K.Kılıçdaroğlunun bu şərhi bir daha göstərir ki, 14 mayda R.T.Ərdoğanın seçkilərdə qalib gəlməsi, bütün türk dünyası adına çox önəmli və vacib faktordur”, – T.İsmaylov bildirib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Yaponiyada sunami təhlükəsi səbəbindən 100 minə yaxın insan təxliyə edildi

Bugün TV

İşləməyən sensorlu işıqforlar təhlükəyə səbəb olur – EKSPERT RƏYİ

Aynur Camal

Türkiyə qırıcı təyyarələr üçün mühərrik istehsal etmək istəyir

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu