16 C
Baku
28 Oktyabr 2025, 0:07
Baş xəbərDünya

Kambocada oteldə yanğın: on nəfər ölüb

Xarici Xəbərlər. 

Kambocanın Tailandla sərhədində yerləşən otel-kazinoda baş verən güclü yanğında azı 10 nəfər həlak olub, polis və yerli media bildirib.

Yanğın çərşənbə günü saat 23:30-da (GMT 16:30) sərhəddə yerləşən Poipet şəhərindəki Grand Diamond City otel-kazinoda baş verib.

Polisin bildirdiyinə görə, yanğın zamanı binada 400-ə yaxın adam olub.

Sosial şəbəkələrdə yayılan videoda insanların yuxarı mərtəbələrdən atladığı və ya yıxıldığı görünür.

Yerli media xəbər verir ki, sərhəddə yerləşən oteldə çoxlu Tayland vətəndaşı olub. Səlahiyyətlilər hələ də yanğının səbəblərini müəyyənləşdirmək üçün çalışırlar.Tailandın Xarici İşlər Nazirliyinin rəsmisi AFP xəbər agentliyinə bildirib ki, yaralılardan bəziləri Taylandın Sa Kaeo əyalətindəki xəstəxanalara yerləşdirilib.

Poipet iki ölkə arasında əsas keçid nöqtəsidir. O, həmçinin Taylandda qumar oyunları qanunsuz olduğu üçün bir çox Tayland vətəndaşının ziyarət etdiyi kazinoları ilə də məşhurdur.

Mənbə: BBC

Aynur Camal

Oxşar xəbərlər

Tüfənglə oynayan 8 yaşlı uşaq ehtiyatsızlıqdan anasını vurdu

Bugün TV

Hər gün qəhvə içməyin faydaları nələrdir: alimlərin cavabı

Aynur Camal

Marsel hava limanı bağlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu