Baş xəbərDünya

Kanada ordusu qaz xəbərdarlığında: Qərargahı işğal etdilər

Kanada Milli Müdafiə Departamenti (DND) artan Kanada qazları ilə əlaqədar paytaxt Ottavadakı qərargahında hərbi və mülki personala xəbərdarlıq edib. Xüsusilə yuvalama dövründə son dərəcə aqressiv davranış nümayiş etdirən bu quşlara qarşı diqqətli olmağa çağırılıb.

Şimali Amerikadakı ən böyük qaz növləri olan Kanada qazlarının uzunluğu 90-110 santimetr, qanadları 140-180 santimetr, çəkisi isə 5 kiloqrama qədərdir.

Yedirməyin, yaxınlaşmayın

Ottawa Citizen qəzetinin məlumatına görə, DND sözçüsü Nik Drescher Brown tərəfindən işçilərə göndərilən xəbərdarlıq e-poçtunda Kanada qazlarının qidalanmaması və onlara toxunulmaması lazım olduğu bildirilib.

Bu cür davranışın quşlar tərəfindən təhlükə kimi qəbul oluna biləcəyi bildirilib.

Karlinq prospektində yerləşən qərargahın əməkdaşlarına aqressiv qazla rastlaşdıqda panikaya düşməmək və sakit olmaq tövsiyə olunub.

Təlimatlara əsasən, qazla göz təması qurmalı və arxanı çevirmədən yavaş-yavaş getməlisən.

Xəbərdarlıqda həmçinin deyilirdi: “Əgər qaz üzərinizə gəlirsə və ya fısıldarsa, qollarınızı yuxarı qaldıraraq özünüzü daha böyük göstərməyə çalışın və yavaş-yavaş geri çəkilin”.

Nə qədər qazın olduğu məlum deyil

Braun, qərargahın Ottava Yaşıl Kəmərinin yaxınlığında yerləşdiyi üçün ərazidə nə qədər qazın olduğunun aydın olmadığını bildirib.

Daha əvvəl dərc edilmiş nazirlik təlimatlarında Kanada qazlarının qorunan növlər arasında olduğu və yuva qurduqdan sonra yerlərindən çıxarıla bilməyəcəyi vurğulanmışdır.

Gərginlik ötən ildən davam edir

2023-cü ilin aprelində CBC tərəfindən dərc edilən hesabatda qərargah işçiləri vəziyyəti “gərgin” olaraq xarakterizə etdi.

Toronto Vəhşi Təbiət Mərkəzinin məlumatına görə, Kanada qazları sıx şəhər ərazilərində bəzən insanların və nəqliyyat vasitələrinin yanında yuva qura bilər.

Bu yuvalara bəzən damlar və ya çiçək qabları kimi çətin tapılan yerlərdə rast gəlmək olar. Bu, qazların niyə aqressivləşdiyini başa düşməyi çətinləşdirir.

ABŞ-da yerləşən “Geeese Relief” şirkətinin internet saytında yer alan məlumata görə, qaz hücumlarının əksəriyyəti kiçik xəsarətlərə səbəb olsa da, qaçmaq istəyərkən yıxılan bəzi insanlar “sümüklərin qırılması, kəllə-beyin travması və psixoloji təsirlər” kimi ciddi nəticələrlə qarşılaşa bilirlər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiyanın Krivoy Roqa hücumu nəticəsində artıq 4 qurban var

Aynur Camal

Sudanı daşqın aldı! Çoxlu ölü və yaralı var

Aynur Camal

600 zərərçəkən ailə üçün konteyner çadrlar qurulur

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu