9 C
Baku
21 Aprel 2026, 23:41
Dünya

Kanada ukraynalı qaçqınlara daimi yaşamaq izni verib

Bugun.tv xəbər verir ki, Kanadanın Vətəndaşlıq və İmmiqrasiya Nazirliyi ölkəsində müharibədən qaçan 166 mindən çox ukraynalı üçün daimi yaşayış proqramına başlayır.

Nazirliyin rəsmi internet saytında verilən açıqlamada, 2022-ci ilin mart ayında hər hansı bir qohumu olan ukraynalılar üçün başladılan Ukraynaya Təcili Səyahət İcazəsi (CUAET) Proqramından 166 mindən çox insanın faydalandığı bildirilib. Bundan başqa həmin şəxslərin hələ də müvəqqəti yaşamaq statusu olduğu, lakin yeni qərarla bu ilin 23 oktyabr tarixindən etibarən daimi yaşayış icazəsi üçün pulsuz müraciət edə biləcəkləri deyilib.

Qərarın müharibə səbəbiylə ailələrə uzunmüddətli dəstək vermə səyi olduğuna diqqət çəkən açıqlamada, yeni müraciətin 22 oktyabr 2024-cü il tarixinə qədər bir il müddətinə açıq qalacağı və müraciətin tamamlanmasının hədəfləndiyi qeyd edilib.

Mənbə:TRT Haber

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu