Alberta, Kanada, müstəqillik referendumu, Mark Karni, Danielle Smit, Kanada siyasəti, enerji resursları, siyasi səsvermə
Dünya

Kanadanın Alberta əyalətində müstəqilliklə bağlı səsvermə keçirilir

Bugun.tv xəbər verir ki, oktyabrın 19-da Kanadanın Alberta əyalətində sakinlər bölgənin gələcək siyasi statusu ilə bağlı səsvermədə iştirak edirlər. Səsvermədə seçicilərdən əyalətin Kanada tərkibində qalması, yoxsa müstəqillik barədə ikinci, hüquqi qüvvəyə malik referendumun keçirilməsi istiqamətində addım atılması barədə seçim etmələri istənilir.

“The Guardian” qəzetinin oktyabrın 19-da yaydığı məlumata görə, referendum əyalətdə uzun müddətdir davam edən siyasi mübahisələri yenidən gündəmə gətirib. Müstəqillik tərəfdarları federal hökumətlə gəlirlərin bölüşdürülməsi və enerji resurslarından istifadə siyasətindən narazılıqlarını əsas gətirirlər.

Alberta əyalətinin baş naziri Danielle Smit referendumun keçirilməsinə daxili siyasi təzyiqlərdən sonra razılıq verib, lakin müstəqilliyə çağırış edən mövqedən çıxış etməyib. O, ayrılma prosesinin çox böyük maliyyə yükü yarada biləcəyini də bildirib.

Kanadanın baş naziri Mark Karni isə Alberta sakinlərini ölkənin birliyini qorumağa çağırıb. Eyni zamanda, yerli xalqların hüquqları ilə bağlı narahatlıqlar referendumun sualının dəyişdirilməsi üçün hüquqi mübahisələrə səbəb olub.

Qeyd edək ki, hazırkı səsvermə Alberta əyalətinin dərhal Kanadadan ayrılıb-ayrılmamasını müəyyən etmir. Seçicilər müstəqillik barədə ayrıca, hüquqi qüvvəyə malik referendumun keçirilməsi yolunu seçib-seçməməyə qərar verirlər.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Kiyevə hücumda bir qadın həlak oldu, üç nəfər yaralandı

Aynur Camal

Fransadakı etirazlar avronun məzənnəsinə təsir göstərir

Aynur Camal

Putin Tramp və Si Cinpinlə üçtərəfli görüş təklif etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu