DünyaHadisəKriminal

Keçmiş deputat və qardaşı canlı yayımda öldürüldü

Bugun.tv xəbər verir ki, hadisə Hindistanda yaşanıb. Keçmiş deputat Atiq Əhməd və qardaşı Əşrəf Əhmədə canlı yayımda silahlı hücum olub. Nəticədə hər ikisi ölüb.

Qeyd edək ki, 60 yaşlı Atiq Əhməd adam oğurluğuna, qardaşı isə müxtəlif cinayətlərə görə həbs edilmişdi.

Onlar polis nəzarəti altında tibbi müayinədən keçmək üçün həbsxanadan xəstəxanaya aparılarkən, Uttar əyalətinin Prayaqrac şəhərində 3 nəfərin hücumuna məruz qalıb.

Jurnalistlərə açıqlama verən iki qardaşın güllələnmə anı canlı yayımda kameralara əks olunub.

Hücum edənlər hadisədən sonra polisə təslim olublar.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

ENHYPEN üzvü NI-KI yapon pərəstişkarın faciəvi ölümündən sonra sərt tənqidlərlə üzləşdi

Bugün TV

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu