6 C
Baku
26 Fevral 2026, 3:01
Sosial

“Keçmiş qaçqın və köçkünlərə yaxınlarını Qarabağda -dədə-baba torpaqlarında dəfn etməyə icazə verilməlidi”

“Biz keçmiş qaçqın və köçkünlərimizi qarabağa həm də ruh həm də mənən bağlamalıyıq. 30 il ərzində onlara yaxınlarını dədə-baba yurdundan kənarda dəf etmək qismət olub. Təklif edirəm ki, Qarabağdan köçkün düşənlərə yaxınlarını öz dədə-baba yurdlarında dəfn etmə üçün şərait yaradılsın”.

Bugun.tv xəbər verir ki, bu barədə çıxışında millət vəkili Razi Nurullayev deyib.

Deputat həmçinin vurğulayıb ki, insan öz yaxınlığında dünyaya göz açdığı, ruhən bağlı olduğu torpaqlarda dəfn etmirsə həmin torpaq onun üçün mənəvi bağını itirmiş olur.

Qarabağa tam köç illərlə vaxt aparacaq. Ona görə də, tiklən və tikilməsindən başlanılmayan bütün yaşayış yerlərində birinci növbədə qəbirstanlıqların bərpa olunmasına təklif edirəm. Bu fəaliyyəti elə günü sabahdan həyata keçirilməsi Qarabağa qayıdışın mənəvi bağlarla daha da gücləndirəcək və dövlət siyasətini həyata keçirməyə ciddi töhfə vermiş olacaq.

Mənbə: Facebook

Aynur Camal

Oxşar xəbərlər

Vətəndaşın əmək hüquqları pozulur – ŞİKAYƏT

Aynur Camal

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış almaq mümkün olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu