28 C
Baku
15 Sentyabr 2026, 20:21
Dünya

Ukrayna elan etdi: Rusiyanı Krımı birləşdirən körpünü su altından vurduq!

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanı Krımla birləşdirən Kerç körpüsünə qarşı yeni xüsusi əməliyyat keçirdiyini açıqlayıb. Qeyd edilib ki, sualtı hücumdan sonra körpü yararsız hala düşüb.

SBU sosial şəbəkədə “Ukrayna Təhlükəsizlik Xidməti yeni və unikal xüsusi əməliyyat həyata keçirərək üçüncü dəfə Krım körpüsünü bu dəfə su altından vurdu! Əməliyyat bir neçə ay davam etdi” sözlərini paylaşıb.

SBU partlayış anının təhlükəsizlik kamerası görüntülərini təqdim edib. Partlayıcıların 1100 kiloqram trotil ekvivalentində təsirə malik olduğu və dəstək strukturlarının ciddi şəkildə zədələndiyi bildirilib.

Rusiya açıqlamasında körpüdə nəqliyyatın müvəqqəti olaraq dayandırıldığını bildirib.

Xatırladaq ki, Ukrayna bazar günü Rusiyanın nüvə silahına malik strateji bombardmançılarını hədəf alan hərtərəfli İHA əməliyyatı həyata keçirmişdi.19 km uzunluğunda olan Kerç körpüsü Rusiya materikini Krım yarımadası ilə birləşdirən yeganə yol olduğundan kritik əhəmiyyətə malikdir. Körpünün avtomobil yolu və dəmir yolu var.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

100 yaşdan yuxarı insanların sayı ilk dəfə 100 mini keçdi

Aynur Camal

NATO təyyarələri Litva hava məkanına daxil olan dronu vurdu

Aynur Camal

Rusiya Suriyadakı hərbi bazalarına yenidən təchizat göndərdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu