15 C
Baku
24 Oktyabr 2025, 5:12
Baş xəbərDünya

Keçmiş sovet qırıcı eskadrilyası dayandırıldı

Bugun.tv xəbər verir ki, Hindistan mayın 8-də Racastan ştatında 3 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra keçmiş Sovet İttifaqı istehsalı olan MiQ-21 döyüş təyyarələrindən ibarət donanmasını müvəqqəti istifadə etməmək qərarına gəlib.

Bu çərçivədə 50 döyüş təyyarəsindən ibarət MiQ-21 donanmasının müvəqqəti olaraq istifadəsi dayandırılıb.

Hindistan Hərbi Hava Qüvvələri həm Rusiya, həm də NATO-ya üzv ölkələrin istehsalı olan döyüş təyyarələrindən istifadə etsə də, son vaxtlar diqqətini NATO üzvü olan ölkələrin təyyarələrinə yönəltməyə başlayıb.

Xatırladaq ki, mayın 8-də Racastanda MiQ-21 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub, pilot sağ qalıb.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Rusiya: Ukrayna S-200 ilə ikinci dəfə Krım körpüsünə hücum etməyə cəhd etdi

Bugün TV

“Azərbaycan və Özbəkistan hər biri öz regionunun incisi hesab edilir”

Aynur Camal

Zibil balonlarına cavab olaraq təbliğat balonları göndərildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu