Baş xəbərDünya

Yüklü skuterin partlama anları

Bugun.tv xəbər verir ki, rozetkada qalan skuter evin içində yanğına səbəb olub.

Buna görə də İngiltərə yanğınsöndürmə briqadası partlayan görüntünü paylaşaraq xəbərdarlıq edib.

Səlahiyyətlilər bildiriblər ki, cihazları enerji doldurarkən, evdən və ya iş yerindən çıxarkən nəzarətsiz qoymaq olmaz.

Litium batareyalı cihazların xüsusilə yanan zaman zəhərli qazlar buraxdığını və çox tez alov aldığını bildirən İngiltərə yanğınsöndürmə idarəsi, “Videodan göründüyü kimi, bir batareya termal sızıntı törətdiyi zaman yanğın çox tez baş verə bilər. Termal qaçış batareyanın məhvinə və şiddətli yanğına səbəb ola bilər”- deyib.

Səlahiyyətlilər 2023-cü ildə təkcə Londonda 48 elektrikli velosiped və 12 elektrikli skuter yanğını baş verdiyini bildirib.

Qurğuların akkumulyatorlarının isti olanda doldurulmaması lazım olduğunu vurğulayan səlahiyyətlilər, “Şarj edərkən həmişə istehsalçının göstərişlərinə əməl edin, cihazları nəzarətsiz və ya insanlar yatarkən elektrikə taxılı qoymamağınızı tövsiyə edirik” deyə vurğulayıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

YouTube-dan yeni qərar: Qısa videolar artıq 3 dəqiqə oldu

Aynur Camal

Qaz sızmasından 11 nəfər həyatını itirdi

Kəmalə Sultan

Qırğızıstandan Fələstin və İsraildəki tərəflərə “atəşkəs” çağırışı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu