Baş xəbər

Keniya prezidentinin qızı QHT agentliyi ilə memorandum imzaladı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Keniyanın “SMACHS” təşkilatı arasında Memorandum imzalanıb. Bu haqda Bugun.tv-yə Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin Sədri Gunel Gozelova məlumat verib.

“COP29 çərçivəsində Yaşıl Zonada Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Keniyanın “SMACHS” təşkilatı arasında Memorandum imzalanıb.

Sənədi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və “SMACHS Foundation”nun qurucusu Şarlin Ruto (Charlene Ruto) imzalayıblar.

Əməkdaşlıq Memorandumu iki ölkə QHT-ləri arasında əlaqələrin gücləndirilməsi üçün imkanların yaradılması və birgə səylərin artırılmasını hədəfləyir.

Memorandum imzalandıqdan sonra “SMACHS” təşkilatının təqdimatı keçirilib, suallar cavablandırılıb”.

QHT Sədri Azərbaycanda keçirilən bu möhtəşəm tədbir çərçivəsində Agentliyin fəaliyyətini yüksək qiymətləndirib, bildirib ki, hər iki ölkə üçün vacib əhəmiyyət daşıyan bu memorandumun daha bir önəmli tərəfi odur ki, “SMACHS Foundation”nun qurucusu Şarlin Ruto (Charlene Ruto) Keniya prezidentinin qızıdır.

Bugün TV

Oxşar xəbərlər

Deputat Vüqar Bayramov: Azərbaycan yaxın illərdə qaz ixracını kəskin artıra bilər

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Oruc tutan şəxs yalan danışmamalıdır

Aynur Camal

Ortahisar Cittaslow şəbəkəsinə qoşuldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu