Dünya

Keniya-Somali sərhədi niyə açılmadı?

Bugun.tv xəbər verir ki, Keniya ötən ay Əl-Şəbab terror qruplaşmasının hücumlarından sonra Somali ilə sərhədini açmaq planından imtina edib.

Keniyanın daxili işlər naziri Kithure Kindiki sərhəd şəhərlərində baş verən terror aktları səbəbindən sərhəd qapılarının açılmasını təxirə saldıqlarını açıqlayıb.

Kindiki, iki ölkənin Mandera, Liboi, Kiunga və digər bölgələrdə sərhəd keçidinə icazə vermə planlarının olduğunu, lakin keçən ay təhlükəsizlik vəziyyətinə zərər verən hadisələrdən sonra planı dayandırdıqlarını bildirib.

Xatırladaq ki, iyun ayında ölkədə 10-dan çox hücumda 12 nəfər həlak olub.

İki ölkə arasındakı sərhəd məntəqələri təhlükəsizlik problemlərinə görə, 2011-ci ildə bağlanıb və iyulun əvvəlində açılmasına qərar verilib.

Mənbə: TRT Haber

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Milanda etirazlardan sonra 200-dən çox insan saxlanıldı

Aynur Camal

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqladı

Aynur Camal

Kiyevə hücumda bir qadın həlak oldu, üç nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu