22.1 C
Baku
7 Oktyabr 2024, 8:57
Baş xəbərDünya

Keniyada məktəb yanğınında 17 şagird həlak oldu

Keniyada “Hillside Endarasha Primary” məktəbində baş verən yanğında ən azı 17 şagirdin öldüyü, çox sayda şagirdin isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

Keniyanın mərkəzi hissəsində bir məktəbdə baş verən yanğında ən azı 17 şagirdin həyatını itirdiyi bildirilib.

Ondan çox tələbənin ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi, ölənlərin sayının artacağı ilə bağlı narahatlıqların olduğu vurğulanıb.

Polis Nyeri rayonundakı Hillside Endarasha İbtidai məktəbində baş verən yanğının səbəbinin araşdırıldığını açıqlayıb.

Prezident Uilyam Ruto yanğını “dəhşətli” və “dağıdıcı” adlandırıb və təhqiqat aparılmasına göstəriş verib və cavabdehlərin məsuliyyətə cəlb ediləcəyini bildirib.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Türkiyədə prezident seçkilərinin tarixi bəlli oldu

Nigar Məmmədova

Peskov Kremlin saytına kütləvi xaker hücumları barədə məlumat verdi

Aynur Camal

Husilər ABŞ döyüş gəmisi ilə İsrailə gedən gəmini vurduqlarını açıqladılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu