Texnologiya

Kia 427 min avtomobili geri çağırır

Bugun.tv xəbər verir ki, Kia 2019-2023-cü illər arasında istehsal etdiyi 427 min 407 Telluride SUV modelini geri çağırmaq qərarına gəlib.

Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinin məlumatına görə, bu avtomobillərdə ara və sağ ön şaft düzgün quraşdırılmayb. Buna görə də maşın parka yerləşdirildikdən sonra əl əyləci çəkilmədikdə o irəli və ya geri hərəkət edir.

Kia mayın 15-də geri çağırılma ilə bağlı avtomobil sahiblərini xəbərdar edəcək.

Şirkət bu avtomobillərə parketmə zamanı və mühərrik sönəndə dayanacaq əyləcini işə salan yenilənmiş elektron əyləc proqramı ilə təchiz olunacaq.

Qeyd edək ki, son zamanlar istehsalçılar avtomobillərində baş verən müxtəlif problemlər səbəbindən vaxtaşırı geriçağırmalar edirlər.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

Avstraliya AI ilə bağlı axtarış sistemləri və tətbiq mağazalarını sərtləşdirə bilər

Aynur Camal

Samsung silikon-karbon batareya texnologiyalı smartfon üzərində işləyir

Aynur Camal

“Almaz bayquş” elektronikada yeni soyutma üsulunun yaradılmasına kömək etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu