27 C
Baku
19 İyun 2025, 9:52
Baş xəbərKriminal

Kibercinayətkarlıqda şübhəli bilinən şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən şəxslərə yardım məqsədi ilə paylaşılan bank kartlarından kibercinayətkarlıq metodlarından istifadə edərək oğurluqlar edən şəxs saxlanılıb.

Belə ki, sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən və aztəminatlı şəxslərə yardım məqsədi ilə yerləşdirilən elanlarda göstərilən bank kartlarına müdaxilə olunduğu, həmçinin həmin hesablarda olan pulların informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə ələ keçirildiyi barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər edilib. Aparılan araşdırmalar və həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində kibercinayətkarlıq metodlarından istifadə edərək qeyd edilən qanunsuz əməlləri törədən Aslan Qurbanov saxlanılaraq istintaqa cəlb edilib.

Müəyyən olunub ki, Aslan Qurbanov onkoloji xəstələr tərəfindən maddi yardımın toplanması üçün müxtəlif sosial şəbəkələrdə paylaşılmış bank kartlarının məlumatlarını götürərək həmin şəxslərlə xarici virtual nömrələr vasitəsilə əlaqə saxlayıb. O, həmin şəxsləri onlara yardım edəcəyi adı ilə aldadaraq bank kartlarının məxfi məlumatlarını əldə edib. Aslan Qurbanov informasiya texnologiyalarından istifadə etməklə ələ keçirdiyi pul vəsaitlərini izi itirmək məqsədi ilə əvvəlcə xaricdə olan idman-mərc oyunlarındakı hesablarına transfer edib. Sonradan o, pulları istifadəsində olan bank kartına köçürərək nağdlaşdırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3-1-ci oğurluq, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə maddəsi ilə cinayət işi başlanılıb.

Aslan Qurbanovun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər.

Kəmalə Sultan

Oxşar xəbərlər

Rusiyadan Türkiyəyə 180 tondan çox yardım çatdırılıb

Nigar Məmmədova

Çempionlar Liqası: Əliyar Ağayev “Mançester Siti”nin oyununa təyinat aldı

Kəmalə Sultan

Qızıl boyunbaq və mobil telefon oğurlayan şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu