8 C
Baku
22 Dekabr 2025, 3:18
Baş xəbərDünya

Kibertəhlükəsizliklə bağlı danışıqlar aparılacaq

Bugun.tv-nin əldə etdiyi məlumata əsasən, Cənubi Koreya və ABŞ-ın kibertəhlükəsizliklə bağlı işçi səviyyəsində danışıqlar aparacağı açıqlanıb.

Yonhap xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, baş direktorluq səviyyəsində nümayəndələrin qatılacağı 8 sessiyalı Kiber Əməkdaşlıq İşçi Qrupu (CCWG) cari ayın 8 və 9- da keçiriləcək.

Açıqlamaya görə, iki ölkə danışıqlar zamanı kibertəhlükəsizlik siyasəti, kiber təhdidlər və kibertəhlükəsizlik təhsilinin gücləndirilməsi kimi məsələləri müzakirə edəcək.

Xatırladaq ki, Cənubi Koreya və ABŞ arasında kibertəhlükəsizlik məsələsini müzakirə etmək üçün Kiber Əməkdaşlıq İşçi Qrupu 2014-cü ildə yaradılıb.

Mənbə: Yonhap xəbər agentliyi

Aynur Camal

Oxşar xəbərlər

“Bu gün bütöv Azərbaycanın və regionun diqqəti Əbu-Dabiyə yönəlib”

Aynur Camal

Cənab Prezidentin səhiyyə sahəsində, xüsusilə oftalmologiya sahəsinin inkişafı üçün ayırdığı diqqət danılmazdır – Yazgül Abdıyeva

Aynur Camal

Ərəb və İslam ölkələri işğalın İordan çayının qərb sahilini ilhaq etmək təklifini pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu