Google Android 16 ilə telefonlara kilid ekranı vidjetlərini geri gətirir. Planşetlərdə yenidən tətbiq edilən bu xüsusiyyət artıq mobil cihazlarda da istifadə oluna bilər. Google Android 15 QPR1 ilə planşetlərdə işə saldığı kilid ekranı vidjetlərini Android 16 QPR1 olan telefonlara gətirir.
“Glanceable Hub” adlanan bu funksiya istifadəçilərə ağıllı ev idarəetmələri, maliyyə yeniləmələri, taymerlər və s. kimi vidcetlərlə qarşılıqlı əlaqə yaratmağa imkan verir.
Android 16 QPR1 2025-ci ilin yayın sonunda, ehtimal ki, sentyabrda satışa çıxarılacaq. Bu yeniləmə yeni API təqdim etməsə də, istifadəçilərə yeni funksiyalar təklif edərək Android təcrübəsini zənginləşdirir.
TELEFONLARDA KİLİD EKRAN VIDGETLƏRİNDƏN İSTİFADƏ
Telefonlardakı vidcet tərtibatı planşetlərdən fərqli olaraq tək sütunlu struktura malik olacaq. Bir anda bir vidcet göstəriləcək və istifadəçilər onlar arasında keçid edə biləcəklər.
Vidcetlər ekran qoruyucusu aktivləşdirildikdə (telefon doldurularkən və ya dokda olarkən) göstəriləcək.
Google, telefon stenddə şaquli şəkildə yerləşdirildikdə vidcetlərin avtomatik aktivləşdirilməsini planlaşdırır. Lakin bu funksiya hələ mövcud deyil. Android tərtibatçıları bəzi kod dəyişiklikləri etməli olacaqlar ki, onların vidjetləri kilid ekranında istifadə oluna bilsin.
Bütün Android vidcetləri standart olaraq kilid ekranında mövcud olsa da, tərtibatçılar istəsələr, öz vidcetlərini kilid ekranında görünməz edə biləcəklər.
OEM-lər vidcetlərin necə işə salınmasına nəzarət edəcək, lakin onlar widget interfeysini dəyişdirə bilməyəcəklər.
İstifadəçilərin bu funksiyanı qəbul etməsi tərtibatçıları daha yaxşı vidjetlər yaratmağa və Android ekosistemini daha da təkmilləşdirməyə təşviq edəcək.
Mənbə: EnSonHaber