Baş xəbərDünya

Meksikada dəhşətli avtobus qəzası! Çoxlu ölü və yaralı var

Meksikanın Oaxaka ştatında sərnişin avtobusunun aşması nəticəsində 18 nəfər ölüb, 30 nəfər yaralanıb.

Ştat qubernatoru Salomon Jara mətbuata verdiyi açıqlamada paytaxt Mexikodan hərəkət edən sərnişin avtobusunun Mitla-Tehuantepek avtomobil yolunda aşıb. Qəzada 18 nəfərin həyatını itirdiyini, 30 nəfərin yaralandığını, onlardan 2-nin ağır yaralandığını qeyd edən Jara, yaralıların xəstəxanaya aparıldığını bildirib. Jara həyatını itirənlərin ailələrinə başsağlığı verib və qəzanın səbəblərinin araşdırılacağını bildirib. Yerli mətbuatın məlumatına görə, qəzada həyatını itirənlərin hakim Milli Yeniləşmə Hərəkatı (MORENA) partiyasının tərəfdarları olduğu və bu şəxslərin bazar günü Mexikoda prezident Klaudiya Şeynbaumun keçirdiyi mitinqdə iştirak etdikləri üzə çıxıb.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Trump Ağ Evin bağçasında UFC döyüş qəfəsi qurdurur

Aynur Camal

“Müstəqilliyimizi qorumaq və möhkəmləndirmək əsas vəzifəmizdir”

Aynur Camal

Ceyhun Məmmədov 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu