25 C
Baku
27 İyul 2024, 3:59
Dünya

Kilsəyə hücum edildi

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliya polisi aprelin 15-də Sidneydəki Xrist The Good Shepherd Kilsəsində ibadət zamanı hücumla bağlı aparılan istintaq çərçivəsində 7 nəfərin saxlanıldığını bildirib.

Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib.

Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirən Hudson, nəzarətə alınan 15-17 yaş arası 7 gəncin “ifrat və şiddətli bir ideologiyadan təsirləndiyini” iddia edib.

Hudson bildirib ki, saxlanılan şəxslər ictimaiyyət üçün təhlükə yaradır.

Yepiskop Mar Mari Emmanuel aprelin 15-də Sidneydəki Məsih The Good Shepherd Kilsəsində canlı yayımlanan xidmət zamanı hədəfə alınıb. Yepiskop və 3 nəfər yaralanıb, təcavüzkar isə tutulub.

Aprelin 16-da Yeni Cənubi Uelsin baş konsteblisi hücumun “terror aktı” kimi araşdırılacağını açıqlayıb.

Polis bəyan edib ki, aprelin 17-də hücumdan dərhal sonra kilsə ətrafına toplaşaraq problem yaradanlarla bağlı ilk həbs edilib, 19 yaşlı gənc isə evindən saxlanılıb.

Mənbə: TrtHaber

Oxşar xəbərlər

Silahlı insident olub, ölən və yaralananlar var

Aynur Camal

Erməni kilsəsi yanıb, ölənlər və yaralananlar var

Aynur Camal

Türkiyədə “Kalkan-6” əməliyyatlarında 121 qeyri-qanuni mühacir tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu