Bugun.tv xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
Bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA məlumat yayıb. Bildirilib ki, təbrik məktubu Şimali Koreyanın Rusiyadakı səfiri Sin Honq Çol tərəfindən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinə təqdim edilib.
Məlumata görə, Kim Çen In məktubunda Rusiya xalqını və Prezident Vladimir Putini Milli Gün münasibətilə təbrik edərək, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə ümid etdiyini ifadə edib.
Qeyd edək ki, Rusiyada hər il iyunun 12-si Milli Gün kimi qeyd olunur. Bu tarix 1990-cı ildə Rusiya Federasiyasının Dövlət Suverenliyi haqqında Bəyannaməsinin qəbul edilməsi ilə bağlıdır.
Mənbə: TASS
