DünyaSiyasət

Pentaqonda kimyəvi həyəcan: Bir neçə mərtəbə təxliyə edildi

Bugun.tv xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasında qeydə alınan hava keyfiyyəti problemi səbəbindən bir neçə mərtəbə və dəhliz bağlanıb, təxliyə tədbirlərinə başlanılıb.

Pentaqonun sözçüsü Şon Parnell bildirib ki, binadaxili sistemlər hava keyfiyyəti ilə bağlı problem aşkarlayıb. Hadisənin səbəbləri tam müəyyənləşdirilənədək ehtiyat tədbirlərinin tətbiq olunduğu qeyd edilib.

Məlumata görə, nazirliyin standart təhlükəsizlik protokolları işə salınıb. Riskli ərazilərdə olan əməkdaşlara olduqları yerdə qalmaq göstərişi verilib, fövqəladə hallara müdaxilə qrupları isə hazır vəziyyətə gətirilib.

Yerli mənbələrin məlumatına əsasən, Pentaqon kompleksinin ikinci və beşinci mərtəbələri arasında yerləşən bəzi dəhlizlər tamamilə bağlanıb. Təhlükəsizlik əməkdaşlarının qaz maskaları və xüsusi kimyəvi mühafizə geyimləri ilə xidmət apardığı bildirilib.

Hadisə yerinə Pentaqon Mühafizə Xidmətinin təhlükəli maddələr üzrə xüsusi qrupu cəlb olunub. Onlara Arlington Yanğınsöndürmə Departamentinin əməkdaşları da dəstək verir.

Yanğınsöndürmə xidməti sosial şəbəkə hesabında paylaşdığı məlumatda binada təhlükəli maddələrlə bağlı əməliyyat aparıldığını təsdiqləyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Qəzzada humanitar vəziyyət ağırlaşır: beynəlxalq yardım və diplomatik səylər davam edir

Aynur Camal

Oman Hörmüz boğazı ilə bağlı İrana yeni plan təqdim etdi

Aynur Camal

Çində yeni problem: süni intellektlə hazırlanmış saxta fəlakət videoları yayılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu