27 C
Baku
27 İyul 2024, 3:37
Dünya

Kim Çen In silah fabriklərini yoxladı: Sınaq atəşində hədəfi 12 dəfə vurdu

Şimali Koreya lideri Kim Çen In silah zavodlarına baxış keçirib. O, liderin nəzarəti altında snayper tüfəngi ilə etdiyi sınaq atəşində hədəfi 12 xalla vurub.

Şimali Koreya lideri Kim Çen In silah fabriklərinə tez-tez baxış keçirməyə davam edir.

Kim şənbə və bazar günləri ölkənin silah istehsal edən zavodlarına baxış keçirib.

İstehsal proseslərinin modernləşdirilməsi ilə bağlı səlahiyyətli orqanlardan məlumat alan Kim inkişaf etmiş snayper tüfəngi ilə sınaq atışı edib və hədəfi 12 dəfə vurub.

Kim həmçinin 240 mm-lik çoxlu reaktiv yaylım atəşi sistemlərini araşdırıb və raket buraxılış qurğusu ilə təchiz edilmiş hərbi yük maşınından istifadə edib.

Ölkənin müdafiə sənayesi təşkilatlarına və Koreya Xalq Ordusuna (KPA) sursat istehsalında “bir olmaq” və müharibə hazırlıqlarını sürətləndirmək göstərişi verən Kim, kritik avadanlıqların müasir və sürətli istehsalının vacibliyini vurğulayıb.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Suvarma gölünə düşən 7 yaşlı Bünyamindən sarsıdıcı xəbər

İntizar Əmirova

Rusiya miqrantların ölkəyə gəlməsi üçün mübarizə aparmağa çağırır

Kəmalə Sultan

Fransada “Həmas Taccos” adlı restoranın işıqlı lövhəsi xarab olduğundan bağlandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu