25 C
Baku
27 İyul 2024, 4:39
Dünya

Kim Kardashian Ağ Evdə

Realiti-şou ulduzundan sahibkarlığa keçən və aktyorluq karyerasında da möhkəm addımlar atan Kim Kardaşyan Ağ Evdə vitse-prezident Kamala Harrislə görüşüb.

Realiti-şousu ulduzu və sahibkar Kim Kardaşyan cinayət ədaləti islahatını müdafiə etmək üçün yenidən Ağ Evdədə olub.

Əfv olunan məhbuslarla görüşü zamanı Kardaşyan bildirib ki, onun yeganə gündəmində həbsxana islahatlarının tərəfdarı olmaqdır.

Kardaşyan bu yaxınlarda əfv olunan məhbuslara bunları deyib:

“Hekayələrinizi eşitmək üçün bu gün burada olmaqdan çox qürur duyuram və düşünürəm ki, onları bölüşmək və genişləndirmək çox vacibdir, çünki sizin vəziyyətinizdə bu ilhamdan faydalana biləcək çoxlu insan var.”

Kardaşyan əvvəllər də eyni məsələni müdafiə etmək üçün Donald Trampın rəhbərliyi altında Ağ Evdə olmuşdu. Ulduzun atası, Robert Kardashian, həyat yoldaşını öldürməkdə ittiham olunan futbolçu və aktyor O.J. Simpsonu müdafiə etmişdi.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Pişik parlament binasına girərək ofis ləvazimatlarını zədələdi

Nigar Məmmədova

Mədəndə partlayış baş verdi, 21 nəfər öldü

Nigar Məmmədova

Həbsdə olan azərbaycanlı həkimin həyatı təhlükədədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu