14 C
Baku
21 Noyabr 2024, 18:00
Sosial

Kimlər vərəsəlik hüququna sahib ola bilər?

Günümüzdə aktual olan  məsələlərdən biri də vərəsəlik mövzusudur. Çox zaman valideyn dünyasını dəyişdikdən sonra övladları və ya digər yaxın qohumları arasında miras bölgüsü ilə bağlı münaqişələr yaranır və bəzən ailədaxili problemlər yaradır. Bəs görəsən miras necə qəbul olunur və ondan necə imtina edilir?

Bugun.tv-yə müsahibə verən Rəşad Əliyevin sözlərinə görə, qanunvericilikdə vərəsəlik iki formada -qanun və vəsiyyət üzrə tənzimlənir. Şəxs vəfatından öncə əmlakın bölüşdürülməsi ilə bağlı vəsiyyətnamə tərtib edibsə, ölümündən sonra miras qalan əmlakın bölgüsü qanun üzrə vərəsəlik formasında həll olunur. Vərəsəlik zamanı mərhumun övladları, valideynləri bərabərpay hüquqlu vərəsə sayılırlar. Lakin şəxs öz iradəsi ilə vərəsəlik hüququndan  imtina edə bilər. “Vərəsələrin mirasdan imtina etmək hüququ vardır. Bunun üçün 3 ay ərzində miras qoyanın  olduğu yer üzrə notariat ofisinə yaxınlaşaraq imtina ilə bağlı ərizə verə bilərlər. Əgər həmin şəxs mirasa faktiki sahibliyi qəbul etmişdirsə, bu halda 6 ay müddətində mirasdan imtina ilə bağlı ərizə vermək mümkündür. Yalnız burada bir istisna var. Beləki, kənd təsərrüfatı ilə məşğul olmayan vərəsəyə, əgər kənd təsərrüfatı ilə bağlı miras qalıbsa, həmin mirasdan imtina edilməsi qanunverilikdə nəzərdə tutulmuşdur”.
 Mülki məcəlləyə əsasən, mərhumun borc öhdəliyi də vərəsəyə keçir. Əgər o bundan imtina edərsə, bu öhdəlik digər vərəsələrə qalır. “Yəni tutaq ki, ölmüş şəxsin 1 milyon borcu varsa və onlara miras olaraq əmlak və ya pul  şəkildə 500.000 manat pul qalıbsa,  həmin 500.000 həddində borcu ödəmək vərəsələrin  vəzifəsidir. Miras qoyan şəxsi heç bir vərəsəsi qəbul etmirsə və yaxud vərəsəsi yoxdursa, bu halda onun mirası dövlətə keçir. Qeyd edək ki, dövlət bu mirası qəbul etməkdən imtina edə bilməz. Tutaq ki, qocalar evində qalıb, mirası qəbul edəcək də bir şəxs yoxdur. O halda, həmin qoca öldükdən sonra miras qocalar evinin hesabına keçir”.

  Dünyasını dəyişən şəxsin banka borcu varsa, bu halda sığorta şirkəti kreditin yalnız sığortalanmış hissəsini ödəyir. Vərəsə mirası qəbul etdiyi halda qalan məbləği ödəməyə borcludur.

Nigar Məmmədova

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Metropoliteni əməkdaşlarını təltif edib

Nigar Məmmədova

Aprelin 15-də gözlənilən hava şəraiti

Aynur Camal

Xocalı, Kəlbəcər, Laçın rayonlarından məcburi köçkün düşmüş əlillyi olan qadınlara seminar keçilib

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu