25 C
Baku
28 İyul 2025, 6:03
Baş xəbərMədəniyyət

“Kinoya çəkilən əziyyət itmir. Nəsildən nəsilə tarix olaraq ötürülür, yaşayır”

“Son zamanlar Mədəniyyət Nazirliyində baş verən dəyişikliklər, sağlamlaşdırma, saflaşdırma prosesi bütün mədəniyyət sahələrində olduğu kimi, kino sahəsində də öz bəhrəsini verməkdədir. Artıq kinomuza maraq artıb, diqqət qayğı hiss edirik. Düzdü, bu birdən birə həll olacaq proses deyil. Amma Mədəniyyət Nazirliyindəki yeniliklər, dəstək məqsədli layihələrin qəbul olunması, film festifalının keçirilməsi göstərir ki, artıq kino sahəsində canlanma var”.

Tanınmış kinorejissor, “FS film Company” şirkətinin rəhbəri kinomuzun 125 illiyi ilə bağlı təəsüratlarını Bugun.tv ilə bölüşüb.  

Kino sənəti
Kinorejissor Faiq Nağıyev

“Mən də kinorejissor kimi bir neçə layihə təklifi vermişəm. Ümid edirəm ki, Mədəniyyət Nazirliyi tərəfindən kinomuza olan dəstəkdən yararlanaraq, bu sahənin inkişafına öz töhfəmizi verə biləcəyik”.

Faiq Nağıyev ilin əvvəlində çəkilişlərinə start verdiyi “Ülkər” bədii filmi və digər layihələr haqqında da məlumat verib. “Ülkər” filminin son çəkilişlərini edirik. Bu yaxınlarda “Sönmüş xəyallar” adlı qısametrajlı filmi tamamladıq. “Keçmişin acı xatirəsi” qısametrajlı filmin çəklişlərini də bitirmişik, montaj işləri gedir.

Qeyd edim ki, 4 yaşdan 18 yaşa kimi uşaqlardan ibarət aktyorluq kursu dərnəyimiz fəaliyyət göstərir. Artıq “Ölənə qədər” adlı tammetrajlı, çoxseriyalı uşaq bədii filminin də çəkilişlərinə hazırlıq prosesindəyik”, – kinorejissor bildirib.

“Kino kollektiv, komanda işidir. Kino varsa, əziyyət var. Unutmayaq ki, kinoya çəkilən əziyyət itmir. Nəsildən, nəsilə tarix olaraq ötürülür, yaşayır. Mən kinomuzun 125 illiyi ilə bağlı bu sahəsində çalışan hər kəsin bayramını təbrik edirəm! Bütün işlərinin uğurlu olmasın diləyirəm!”, – F.Nağıyev həmkarlarına və bütün kinosevərlərə təbrikini çatdırıb.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Bu ölkələr Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan etdilər

Teymur Əziz

57 saylı məktəbin direktoru Aytən Sadıqovaya ŞOK İTTİHAM – GÖRÜN, NƏLƏR OLUB…/FOTO

Bugün TV

“Hindistan və Pakistan arasında aktiv müharibənin olması real deyil” -VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu