25 C
Baku
27 İyul 2024, 4:21
Baş xəbərMədəniyyət

“Kinoya çəkilən əziyyət itmir. Nəsildən nəsilə tarix olaraq ötürülür, yaşayır”

“Son zamanlar Mədəniyyət Nazirliyində baş verən dəyişikliklər, sağlamlaşdırma, saflaşdırma prosesi bütün mədəniyyət sahələrində olduğu kimi, kino sahəsində də öz bəhrəsini verməkdədir. Artıq kinomuza maraq artıb, diqqət qayğı hiss edirik. Düzdü, bu birdən birə həll olacaq proses deyil. Amma Mədəniyyət Nazirliyindəki yeniliklər, dəstək məqsədli layihələrin qəbul olunması, film festifalının keçirilməsi göstərir ki, artıq kino sahəsində canlanma var”.

Tanınmış kinorejissor, “FS film Company” şirkətinin rəhbəri kinomuzun 125 illiyi ilə bağlı təəsüratlarını Bugun.tv ilə bölüşüb.  

Kino sənəti
Kinorejissor Faiq Nağıyev

“Mən də kinorejissor kimi bir neçə layihə təklifi vermişəm. Ümid edirəm ki, Mədəniyyət Nazirliyi tərəfindən kinomuza olan dəstəkdən yararlanaraq, bu sahənin inkişafına öz töhfəmizi verə biləcəyik”.

Faiq Nağıyev ilin əvvəlində çəkilişlərinə start verdiyi “Ülkər” bədii filmi və digər layihələr haqqında da məlumat verib. “Ülkər” filminin son çəkilişlərini edirik. Bu yaxınlarda “Sönmüş xəyallar” adlı qısametrajlı filmi tamamladıq. “Keçmişin acı xatirəsi” qısametrajlı filmin çəklişlərini də bitirmişik, montaj işləri gedir.

Qeyd edim ki, 4 yaşdan 18 yaşa kimi uşaqlardan ibarət aktyorluq kursu dərnəyimiz fəaliyyət göstərir. Artıq “Ölənə qədər” adlı tammetrajlı, çoxseriyalı uşaq bədii filminin də çəkilişlərinə hazırlıq prosesindəyik”, – kinorejissor bildirib.

“Kino kollektiv, komanda işidir. Kino varsa, əziyyət var. Unutmayaq ki, kinoya çəkilən əziyyət itmir. Nəsildən, nəsilə tarix olaraq ötürülür, yaşayır. Mən kinomuzun 125 illiyi ilə bağlı bu sahəsində çalışan hər kəsin bayramını təbrik edirəm! Bütün işlərinin uğurlu olmasın diləyirəm!”, – F.Nağıyev həmkarlarına və bütün kinosevərlərə təbrikini çatdırıb.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Telegram WhatsApp Business-ə rəqib olur!

Aynur Camal

Laçın ərazisində yeni hərbi obyektlər istifadəyə verilib-VİDEO

Nigar Məmmədova

Mərkəzli narkotik əməliyyatı: 34 nəzarətə alındı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu