Sosial

Kirayə mənzillərin qiyməti azala bilər

Bu ildən “Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi əməliyyatı ƏDV-dən azad edilir. Söhbət kirayə üzrə əməliyyatın 18.0 faizlik vergidən azad edilməsindən gedir. Artıq bu qaydalar yanvar ayından qüvvəyə minib.

Yeni güzəştlər fond tərəfindən təqdim edilən kirayə evlərin xərcinin azalmasına gətirib çıxaracaq. Bu isə daha aşağı qiymətə həmin mənzillərin kirayə təklif olunmasına səbəb ola bilər.

Bugun.tv xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramlı öz facebook hesabında qeyd edib.

Deputat bildirib ki, kirayə məzillər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 3 ildən 25 ilədək 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilən binalarda mənzillərin satın almaq məqsədi ilə təqdim edilir. Yəni, vətəndaş kirayə pulunu ödədikdən sonra mənzilə sahib olur. Bu zaman vətəndaşın son ödəniş tarixinə yaşı 70-dən çox olmamalıdır və mənzillərin dəyəri manatla ödənilir.

İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 2 970 vətəndaşla kirayə müqaviləsi bağlanıb. Vergi güzəştləri fonunda mənzillərin kirayə qiymətlərinin azalması baş verərsə daha çox vətəndaşımızın bu imkandan yararlanmasına səbəb ola bilər. Belə ki, indiyədək bu mənzillərə sahib olmada aylıq ödəniş məbləğinin yüksək olması əsas maneə kimi dəyərləndirilirdi. Mənzillər Bakı ilə yanaşı Sumqayıtda da təklif olunur. Bu ay Sumqayıtda 208 mənzil satın almaq məqsədi ilə kirayəyə təklif olunacaq. Mənzil seçimi yanvarın 18-dən başlayacaq. Vergi güzəştlərinin mənzillərin xərcinə təsir edəcəyi istisna edilmir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində tədbir görülüb

Aynur Camal

AQTA istehlakçılara kitabça paylayır

Aynur Camal

Qapını seç, özünü tanı-PSİXOLOJİ TEST

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu