Mədəniyyət

Kişi var ki

Kişi var ki, buza bənzər, qadının nəfəsindən əriyər.

Kişi var ki, koronovirusa bənzər, iki aydan bir gələr, gedər.

Kişi var ki, həyatı fortopianonun dillərinə bənzər, bir günü ağdır, bir günü qara.

Kişi var ki, futbol topuna bənzər, gah o qapıdadır, gah bu qapıda.

Kişi var ki, arvadını boynunda gəzdirər, kişi var ki, arvadının boynunda gəzər.

Kişi var ki, bir ayağı burda, bir ayağı gorda, amma gözü orda-burda.

Kişi var ki, kişilərin naxşıdır, kişi var ki, kərgədan ondan yaxşıdır.

Kişi var ki, dindirirsən can deyir, kişi var ki, canı yalandan deyir.

Kişi var ki, köhnə maşına bənzər, motoru yağ yeyir, xodovoyu işləmir, amma fanarları yanır-sönür.

Kişi var ki, hər dərdə dərmandır, kişi var ki, adını çəkmə amandır.

Kişi var ki, yer altından nöyüt çıxardar, kişi var ki, qaşınmayan yerdən qan çıxardar.

Kişi var ki, cəbhədə düşmən vurar, kişi var ki, kişilikdən dəm vurar.

Kişi var ki, namusa görə qana-qandır, kişi var ki, namusdan kənardır.

Kişi var ki, şəhid olub bayrağına bürünər, kişi var ki, var-dövlətilə öyünər.

 

Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Nicat Cəfərzadənin 20 illik yubiley konserti baş tutub

Bugün TV

Azərbaycan Yazıçılar Birliyində Nazim Rizvanın 75 illik yubileyi qeyd olunub

Aynur Camal

Kanadanın “Eurovision”a qoşulması müzakirə olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu