-Heç kitab oxuyursunuz, cənab Anderson?
-Xeyr, əskikliyini də hiss etmirəm.
-Amma biz hiss edirik! Dead poets society (1989).
Müasir dövrümüzdə bir çox problemlərlə üzləşirik. Bütün problemlərin başında isə cahillik, məlumatsızlıq durur. Qarşısını almaqda yeganə vasitə oxumaq,vasitəçi, ən böyük yardımçı isə kitabdır.
Kitab oxumağın insana qatdığı müsbət cəhətləri saymaqla bitirmək olmaz. Kitab oxuduğumuz zaman, həyatdan qopub, bütün çətinliklərimizi unuduruq. Beləliklə,mütaliə zamanı stressdən uzaq oluruq. Bundan başqa söz ehtiyyatımız zənginləşir, yeni baxış bucağımız formalaşır, kitab oxumaq açıq fikirli olmağımıza yardımçı olur. Oxuduğumuz zaman yaddaşımız güclənir, diqqətimiz tənzimlənir,məlumat bazamız genişlənir.
Dünyanın ən zəngin insanları uğurun sirrini kitab oxumaqda görürlər. Onlar hesab edirlər ki, oxumaq insanı daha yaradıcı olmağa sövq edir.
Dünyanın ikinci ən varlı insanı olan Bill Qeyts hazırda 68 yaşındadır. O, yaşına və zənginliyinə rəğmən, gündə 5-6 saat kitab oxuyur, günümüzü və gələcəyi öyrənməyə çalışır. Dünyanın ən ağıllı və ən zəngin adamlarından olan Bill Qeyts hər zaman kitablarla vaxt keçirməyi şiddətlə tövsiyə edir, onun inanılmaz faydalarını sadalayır.
Kitab oxumaq insanı, həyata, cəmiyyətə hazırlayır. Düzgün formalaşmasında, yetişməyində birbaşa rol oynayır. İnkişaf etmək istəyən hər kəs oxumağı vərdişə çevirməlidir. Biz sağlam düşüncəyə sahib olmaq, ətrafı dərk edə bilmək üçün mütləq kitablarla vaxt keçirməli, özümüzə lazımlı qeydlər götürməli, oxuduqlarımızı təhlil etməliyik. Yalnız bu halda cəmiyyətə və özümüzə yararlı ola bilərik.
Leyla Qurbanova
Jurnalistika fakültəsinin IV kurs tələbəsi