Digər

Qətər Qəzza zolağına ərzaq və tibbi ləvazimat daşıyan təyyarə göndərir

Bugun.tv xəbər verir ki, Qətər İsrailin ağır bombardman etdiyi Qəzza zolağına 37 ton humanitar yardım daşıyan təyyarə göndərib.

Qətər Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Qəzzaya humanitar yardım materialları daşıyan təyyarənin Əmir Şeyx Təmim bin Həməd Al Taninin göstərişi ilə Misirə yola düşdüyü bildirilib.Bu barədə “TRT Haber” məlumat yayıb. Açıqlamada ərzaq və tibbi ləvazimatlardan ibarət 37 ton yardımın Misirin Ariş şəhərinə çatdırılacağı bildirilib. Yardımın Fələstin xalqı ilə həmrəylik səyləri çərçivəsində göndərildiyi vurğulanıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu