Baş xəbərDünya

Kiyevin mərkəzindəki metro stansiyalarından biri fəaliyyətini dayandırdı

Kiyev metrosunun şəhərin mərkəzində, Şevçenko rayonunda yerləşən “Lukyanovskaya” stansiyası fəaliyyətini dayandırıb.

Bugun.tv xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko özünün sosial media hesabında yazıb.

“Raket zərbəsi nəticəsində “Lukyanovskaya” metro stansiyasının binasına ziyan dəyib. Stansiya hazırda sığınacaq kimi fəaliyyətini davam etdirir”, – deyə Vitali Kliçko bildirib. Onun sözlərinə görə, qatarlar stansiyada dayanmadan keçir.

Hazırda Ukraynanın bütün ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Dnepr, Kiyev, Odessa, Xarkov, Lvov, Zaporojye şəhərlərində, həmçinin Xmelnitski vilayətində partlayışlar qeydə alınıb.

Aynur Camal

Oxşar xəbərlər

Mont Blan dağının hündürlüyü bir il ərzində 1,30 metr azalıb

Aynur Camal

Albaniyada tələbə etirazları gərginləşib: Təhsil Nazirliyinin binasında yanğın baş verdi

Aynur Camal

Dabaq xəstəliyi ət tədarükünü çətinləşdirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu