DünyaMədəniyyət

“Kızılcık şerbeti” serialı niyə dayandırıldı? – AÇIQLAMA

Bugun.tv xəbər verir ki, əksəriyyətin sevərək izlədiyi “Kızılcık şerbeti” artıq  2 həftədir ki, yayımını dayandırıb. Bu, azəbaycanlı tamaşaçılarda da narahatlıq doğurub.

Buna səbəb “Kızılcık şerbeti” serialındakı qadına qarşı zorakılıq səhnələridir. Radio və Televiziya Üst Şurası (RTÜK) buna görə,  Show TV-yə 5 həftəlik efir yayımının dayandırılması cəzası kəsib. Bundan başqa, kanala 1,5 mln türk lirəsi cərimə də təyin olunub.

Cəza səbəbi olaraq serialın 18-ci bölümündə, ailəsi tərəfindən istəmədiyi kişi ilə evlənən Nursəmanın bəy tərəfindən pəncərədən atıldığı göstərilib.

Buna görə də, keçən cümə günü serial əvəzinə “İslamofobiya” sənədli filmi, dünən isə “Güldür güldür” proqramı efirə yayımlanıb.

Serialın prodüseri “Gold Film”in rəhbəri Faruk Turqut serialın arxasında sona qədər dayanacaqlarını bildirib.

Mənbə: Türk mediyası

Kəmalə Sultan

Oxşar xəbərlər

İran Argentina Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini “terror təşkilatı” elan etdi

Aynur Camal

Bitkilər temperatur dəyişikliklərini necə hiss edirlər?

Aynur Camal

Çin yeni GJ-11 döyüş pilotsuz təyyarəsinin görüntülərini yayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu