Image default
Səhiyyə

Kök hüceyrə transplantasiyası ümidverici nəticələr verdi

Bugun.tv xəbər verir ki, İsveç və Böyük Britaniya alimlərinin birgə apardığı klinik araşdırma Parkinson xəstəliyinin müalicəsində kök hüceyrələrdən əldə edilən dopamin istehsal edən sinir hüceyrələrinin beyinə köçürülməsinin təhlükəsiz və perspektivli üsul ola biləcəyini göstərib. Tədqiqatın nəticələri Nature Medicine jurnalında dərc olunub.

İsveçin Lund Universiteti və Böyük Britaniyanın Kembric Universiteti tərəfindən həyata keçirilən STEM-PD layihəsi çərçivəsində Parkinson xəstəliyindən əziyyət çəkən 8 nəfərə kök hüceyrələrdən hazırlanmış dopamin hüceyrələri transplantasiya edilib.

Alimlər bildiriblər ki, transplantasiyadan sonrakı ilk bir il ərzində köçürülən hüceyrələrlə bağlı ciddi yan təsir müşahidə olunmayıb. Araşdırmanın əsas məqsədi həmin hüceyrələrin zamanla yetişərək beyində dopamin istehsal edən sinir hüceyrələrinə çevrilməsini təmin etməkdir.

Parkinson xəstəliyi zamanı dopamin istehsal edən sinir hüceyrələrinin məhv olması nəticəsində hərəkətlərin ləngiməsi, əzələ sərtliyi, yerimə pozğunluğu və əllərdə titrəmə kimi əlamətlər meydana çıxır.

Araşdırmanın rəhbəri, professor Malin Parmar əldə olunan nəticələrin regenerativ tibb sahəsində mühüm mərhələ olduğunu bildirib. Kembric Universitetinin professoru Roger Barker isə bu yanaşmanı Parkinson xəstələrinin müalicəsində yeni və ümidverici dövrün başlanğıcı kimi qiymətləndirib.

Mütəxəssislər vurğulayırlar ki, üsulun uzunmüddətli təhlükəsizliyi və effektivliyini müəyyən etmək üçün xəstələrin müşahidəsi davam etdirilir.

Mənbə:  Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Alimlər isti yoqanın depressiya əlamətlərini azaltmağa kömək edə biləcəyini açıqladılar

Aynur Camal

Alimlər şəkər əvəzedicilərinin bağırsaq bakteriyalarına təsirini müəyyən ediblər

Aynur Camal

Parlaq gündüz işığının yuxu keyfiyyətini yaxşılaşdırdığı müəyyən edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu