Kolumbiya, yeni bitki növü, nəhəng su zanbağı, Victoria colombiana, elmi kəşf, tropik meşələr, nəsli kəsilmək təhlükəsi, təbiətin qorunması
Dünya

Kolumbiya cəngəlliyində yeni nəhəng su zanbağı növü aşkarlandı

Bugun.tv xəbər verir ki, Kolumbiyanın tropik meşələrində indiyədək elmə məlum olmayan nəhəng su zanbağı növü müəyyən edilib. Maraqlıdır ki, bitkinin aşkarlanmasına sosial şəbəkədə paylaşılan fotoşəkil kömək edib.

“The Guardian” nəşrinin oktyabrın 9-da yaydığı məlumata görə, Kyu Kral Nəbatat Bağının mütəxəssisi Karlos Maqdalena təxminən üç il əvvəl İnstaqramda İnirida çayında nəhəng su zanbaqlarının arasında üzən şəxsin fotosuna rast gəlib. Şəkli çəkən ABŞ sakini Ceremaya Harris bitkini daha geniş yayılan başqa bir növ hesab edib.

Maqdalena isə bitkinin həmin ərazidə yayılmasının qeyri-adi olduğunu görərək onun dəqiq yerini müəyyənləşdirməyə çalışıb. Bir neçə il davam edən araşdırmadan, peyk görüntülərinin təhlilindən və lazımi icazələrin alınmasından sonra alimlər Kolumbiyanın Quainiya bölgəsində ekspedisiya təşkil ediblər.

Tədqiqatçılar yerli yerli xalqların nümayəndələri ilə birlikdə su basmış meşənin dərinliyində bitkinin populyasiyasını aşkar ediblər. Elmi araşdırmanın nəticələri “Phytotaxa” jurnalında dərc olunub və növə Victoria colombiana adı verilib.

Bu bitkinin yarpaqları üç metrədək enə bilər. Tədqiqatçıların hesablamalarına görə, təbiətdə cəmi 30–50 belə bitki qalıb. Buna görə onun nəsli kəsilmək təhlükəsi yüksək qiymətləndirilir. Alimlər növün qorunması, toxumlarının toplanması və nəzarətli şəraitdə yetişdirilməsi üzərində işləyirlər.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Avropaya yeni sürətli qatar marşrutları açılacaq

Aynur Camal

BMT Sudanın Darfur bölgəsinə silah embarqosunu uzatdı

Aynur Camal

Britaniyada şirkətlər çirkab suların emalından 340 milyon funt sterlinqdən çox gəlir əldə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu