6 C
Baku
18 Yanvar 2026, 18:01
Baş xəbərDünya

Kolumbiya Ekvadorla sərhədinə silahlı qüvvələr göndərdi

Kolumbiya daxili silahlı münaqişə ilə üzləşən Ekvadorla quru, su və hava sərhədlərində silahlı qüvvələr yerləşdirir.

Bugun.tv xəbər verir ki, bu barədə Kolumbiya Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Ekvador səlahiyyətliləri ilə koordinasiya şəraitində sərhəd təhlükəsizliyi əməliyyatları həyata keçiririk. Biz quru, dəniz və hava qüvvələri ilə sərhəddə baş verə biləcək cinayət əməllərinin qarşısını alacağıq”, – departamentin sosial şəbəkədə dərc olunan bəyanatında belə deyilir.

Xatırladaq ki, yanvarın 7-də “Los Çoneros” cinayətkar qruplaşmasının başçısı həbsxanadan qaçdıqdan sonra Ekvadorda təhlükəsizlik vəziyyəti daha da pisləşib. Bunun ardınca bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar başlayıb. Yanvarın 8-də ölkədə fövqəladə vəziyyət elan olunub və komendant saatı tətbiq edilib.

Ekvador prezidenti Daniel Noboa yanvarın 9-da ölkədə daxili silahlı münaqişənin mövcudluğunun tanınmasına dair fərman imzalayıb və 22 cinayətkar qrupun zərərsizləşdirilməsinə göstəriş verib.

Son illər Ekvadorda zorakılıq hallarında kəskin artım müşahidə edilir. 2022-ci ildə ölkədə 100 min nəfərə təxminən 25 qətl hadisəsi qeydə alınıb. Həbsxanalar bir çoxu cinayətkar qruplaşmalar tərəfindən idarə olunur və orada mütəmadi toqquşmalar baş verir.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Bakıda İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi rəsmi təqdimatını keçirdi

Aynur Camal

Azərbaycan “Mastercard”la tranzit daşımaları üzrə əməkdaşlığı müzakirə edib

Aynur Camal

Azərbaycan – BMT arasında WUF13 forumuna dair mühüm saziş imzalandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu