5 C
Baku
30 Yanvar 2026, 3:31
Baş xəbərDünya

Kolumbiya Ekvadorla sərhədinə silahlı qüvvələr göndərdi

Kolumbiya daxili silahlı münaqişə ilə üzləşən Ekvadorla quru, su və hava sərhədlərində silahlı qüvvələr yerləşdirir.

Bugun.tv xəbər verir ki, bu barədə Kolumbiya Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Ekvador səlahiyyətliləri ilə koordinasiya şəraitində sərhəd təhlükəsizliyi əməliyyatları həyata keçiririk. Biz quru, dəniz və hava qüvvələri ilə sərhəddə baş verə biləcək cinayət əməllərinin qarşısını alacağıq”, – departamentin sosial şəbəkədə dərc olunan bəyanatında belə deyilir.

Xatırladaq ki, yanvarın 7-də “Los Çoneros” cinayətkar qruplaşmasının başçısı həbsxanadan qaçdıqdan sonra Ekvadorda təhlükəsizlik vəziyyəti daha da pisləşib. Bunun ardınca bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar başlayıb. Yanvarın 8-də ölkədə fövqəladə vəziyyət elan olunub və komendant saatı tətbiq edilib.

Ekvador prezidenti Daniel Noboa yanvarın 9-da ölkədə daxili silahlı münaqişənin mövcudluğunun tanınmasına dair fərman imzalayıb və 22 cinayətkar qrupun zərərsizləşdirilməsinə göstəriş verib.

Son illər Ekvadorda zorakılıq hallarında kəskin artım müşahidə edilir. 2022-ci ildə ölkədə 100 min nəfərə təxminən 25 qətl hadisəsi qeydə alınıb. Həbsxanalar bir çoxu cinayətkar qruplaşmalar tərəfindən idarə olunur və orada mütəmadi toqquşmalar baş verir.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

500 000-ə yaxın qanunsuz miqranta hüquqi status verəcək

Aynur Camal

ABŞ İranla gərginlik fonunda əlavə hərbi gəmi göndərdi

Aynur Camal

Liflə zəngin, amma az qiymətləndirilən meyvə açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu